• Toplum
  • 15 Mart 18:48
  •  2 505

Ağsuda aptekdə nöqsanlar aşkarlanıb

AQTA məlumat yayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan AzNews.az-a verilən məlumata görə, Agentlik müfəttişləri tərəfindən Ağsu rayonu, Səməd Vurğun küçəsində fəaliyyət göstərən fiziki şəxs Xəlilov Ceyhun Nizam oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib. Yoxlama zamanı baytarlıq aptekində satışa təqdim edilən dərman preparatlarının saxlanma qaydalarına və temperatur rejiminə riayət olunmadığı aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbəri barəsində qanunvericilyin tələblərinə uyğun tədbirlər görülüb. Müəssisədə qida təhlükəsiliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi olan göstərişlər verilib.

image description