• Toplum
  • 22 Mart 09:16
  •  3 226

Bakıda ev yanıb

Xəsarət alanlar var

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi olub.

Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Xəzər rayonunda ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 200 m²) üçmərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif xəsarətlərlə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.