Aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyət məlumatlandırılacaq Aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyət məlumatlandırılacaq
  • Toplum
  • 8 May 2021 22:16
  •  6 589

AQTA TƏBİB-in tabeliyindəki müəssisələrdə yoxlamalar həyata keçirir

Aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyət məlumatlandırılacaq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində xəstələrin qidalanma rejiminin təşkili, təmin olunan ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar–gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunmasının qiymətləndirilməsi məqsədilə cari ilin aprel ayından etibarən yoxlamaların həyata keçirilməsinə başlanılıb.

Bu barədə AQTA-dan bildirilib.

Qeyd olunub ki, aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Aznews.az