Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
  • Toplum
  • 10 May 2021 10:46
  •  30 477

Bakıda yaşayış binasında yanğın - xəsarət alanlar var

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakıda yanğın hadisəsi olub.

Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verib.

Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 64 m² olan mənzildə ev əşyaları 4 m² sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.