Bitişik sexlər yanğından mühafizə olunub Bitişik sexlər yanğından mühafizə olunub
  • Toplum
  • 10 May 2021 23:26
  •  5 878

Bakıda avtoservisdə yanğın olub

Bitişik sexlər yanğından mühafizə olunub

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 5 000 m² olan avtoservisin ərazisində sahəsi 80 m² olan rəngləmə sexinin lambirindən ibarət tavanı və içərisindəki avadanlıqlar yanıb.

Bu barədə Aznews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.