“Virus var, amma karantin başqa məqsəd daşıyır - Rusiyalı MÜTƏXƏSSİS

Ölümlər haqqında xəbərlər iri hərflərlə, qara haşiyədə yazılır. "Pandemiya tamaşası" nəyə lazımdır?

“Məndən hələ də bu virusun sonu barədə soruşurlar. Hələ də çoxları virus yoxdur, sünidir deyir. Bəzi suallara cavab verməkdən yoruldum. Koronavirus barədə hamınızı maraqlandıran əsas suallara, məsələlərə gerçək bildiyim faktları və fikirlərimi toplayıb yazıram. Virus var, bunu heç kim dana bilməz”.

Aznews.az xəbər verir ki, bu açıqlamanı Vyetnamda monitorinq və sosial araşdırma bürosu olan, Yaxın Şərq ölkələri ilə əməkdaşlıq edən, bir çox Şərq dövlərində ofis nümayəndəliyi olan, rusiyalı mütəxəssis Marina Doye bildirib. Əslində Vyetnamda yaşayan qadın hazırda Tailandda karantinə görə qalıb.

“Virus var, epidemiya var, pandemiya var, amma bunun ətrafında cərəyan edən çaxnaşmanın, karantinin arxasında insanların həyatı, sağlamlığı qeydinə qalmaq yox, tamam başqa məqsədlər dayanır.

Kütləvi informasiya vasitələrini izləyin, baxın ki, hətta kiçik rəsmi və ya qeyri rəsmi informasiyanı necə dəhşətli dərəcədə təqdim edirlər. Ölümlər haqqında xəbərlər iri hərflərlə, qara haşiyədə, sanki nekroloq kimi yazılır.

İtaliyada 89 yaşlı ər-arvadın koronavirusdan ölümü elə xırda detallarına kimi təsvir olunur ki, sanki cavan oğlan xərçəngdən ölüb.

- Bu virusun müalicəsi yoxdur – Hansı qripin müalicəsi var ki. Herpesin, papilomanın müalicəsi varmı? Yox. Yoxsa hepatitlərdən xilas yolu var? O zaman niyə koronavirus qabardılır?

- “Filan qədər insan bu gün koronavirusdan öldü” – Virusdan heç kim ölmür, virusun ağırlaşmasından ölürlər. Hansı ki, o insanlar adi bir qrip həmləsindən də gedəcəkdilər. Çünki orqanizmləri bu dərəcədə çöküb. Dövlətlər yaxşı olardı ki, əhalisinin immunitetinin niyə belə zəif olmasının və yanaşı xrokini xəstəliklərinin çox olmasının səbəbini araşdıraydı.

- “Vaksin çıxan kimi, bəla bitəcək” – Xeyr. Vaksin sağlam insanlara vurulur və o da ömürlük müdafiə deyil. Qrip vaksini də vuranda, həkimlər 100% söz vermir və vaksin vurulan adam qripə yoluxa bilir.

- “Evdə oturun ki, virus azalsın” – İnsanları bir əsr bağlı qapılar arxasında saxlasaz da, onlar çıxan kimi yenidən epidemiya başlayacaq. İstənilən epidemiya bir ölkədə əhalidə həmin virusa qarşı kollektiv immunitet yarandıqdan sonra sönməyə doğru gedir. Bu təbiətin qanunudur. Hazırda 30% insan yoluxubsa, bu rəqəm 70% ə qalxmalıdır. 75% insan koronavirusu keçirib və bundan xəbər tutmayacaq. Amma immuniteti yaranacaq.

Bu gün karantin elan edə ölkələrdə karantini ləğv olunandan sonra epidemiyanın ikinci dalğası başlayacaq. Bunu bilmək üçün alim olmaq lazım deyil. Virus bir ölkədə 70% əhalini haqlamayınsa, əl çəkən deyil.

Əgər peyvənd xilas yolu deyilsə, koronavirusun da müalicəsi yoxdursa, o zaman bu tamaşa kimə və nəyə lazımdır?/medicina.az