- Toplum
- 4 İyun 2021 09:47
- 4 245
Bakıda mənzildən qadın meyiti tapıldı

1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən AzNews.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Ələsgərova Rübabə Arif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.