- Toplum
- 19 İyun 2021 14:27
- 10 158
Bakının iki rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranıb

Məlumatı "Azərsu" ASC yayıb
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC yayıb.
"Bakı Sukanal İdarəsinin qəza briqadası əraziyə cəlb olunub və qəzanın aradan qaldırılmasına başlanılıb", - məlumatda deyilir.