Həmin şəxslərin adaptasiyası üçün 5 il ərzində ildə bir dəfə 500 manat pul verilsə, yaxşı olar Həmin şəxslərin adaptasiyası üçün 5 il ərzində ildə bir dəfə 500 manat pul verilsə, yaxşı olar
  • Toplum
  • 22 İyun 2021 13:57
  •  4 431

Deputat bəzi qazilərə illik 500 manat verilməsini təklif edib

Həmin şəxslərin adaptasiyası üçün 5 il ərzində ildə bir dəfə 500 manat pul verilsə, yaxşı olar

Millət vəkili Razi Nurullayev Vətən müharibəsində iştirak etmiş qazilərin bir qisminə ildə 500 manat pul verilməsini təklif edib.

AzNews.az xəbər verir ki, deputat qeyd edib ki, müharibədə yaralanmış qazilərin yalnız bir qismi əlillik dərəcəsi alacaq: “Ancaq yerdə qalan 5000 -6000 minə yaxın müharibə iştirakçısı kontuziyalar və. s aldığına görə onlara əlillk dərəcəsi təyin edilməyəcək.

Ona görə də həmin şəxslərin adaptasiyası üçün 5 il ərzində ildə bir dəfə 500 manat pul verilsə, yaxşı olar. İstəmirik ki, onlar şər qüvvələrin təsirinə düşsün və onlardan istifadə edilsin”.

***

Deputat Fəzail Ağamalı isə çıxışında həmkarının təkifini real hesab etməyib: “Bu təklif reallaşa bilməz. Onlar daha çox peşə təhsilinə cəlb edilə bilər”.