Bəzi vətəndaşlar ayrı-ayrı palatkalarda 150 nəfərlik məclislər keçirmək istəyir Bəzi vətəndaşlar ayrı-ayrı palatkalarda 150 nəfərlik məclislər keçirmək istəyir
  • Toplum
  • 24 İyun 2021 20:59
  •  14 188

Üç çadırda toy etmək olarmı? - DİN-dən CAVAB

Bəzi vətəndaşlar ayrı-ayrı palatkalarda 150 nəfərlik məclislər keçirmək istəyir

Daxili İşlər Nazirliyi “palatka” toylarının necə təşkil edilməli olduğunu açıqlayıb.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, şadlıq evlərindən kənar yerlərdə, toy çadırlarında keçirilən şənliklərdə yalnız 50 nəfərədək qonaq iştirak edə bilər.

Bu zaman tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq məcburidir. 50 nəfərdən artıq iştirakçı ilə çadırlarda toy mərasimi keçirilməsi tövsiyə olunmur.

Həm şadlıq evlərində, həm də “palatka”larda keçirilən toylar saat 12-də bitməlidir.

Xatırladaq ki, iyulun 1-dən etibarən Azərbaycanda toyların müəyyən qaydalarla keçirilməsinə icazə verilib. Belə olan halda toy məclisi keçirmək istəyən vətəndaşlar arasında bir sıra suallar yaranıb.

Belə ki, bir “palatka”da 50 nəfərlə toy məclisi keçirməyə icazə verilirsə, vətəndaş 3 “palatka”nı yanaşı qurub hərəsində 50 nəfər olmaqla ümumilikdə 150 nəfərlik mərasim keçirə bilərmi? Yaxud şadlıq evlərində eyni zamanda və ya müəyyən fasilələrlə eyni şəxsin bir neçə dəfə toy etməsinə imkan veriləcəkmi?

Aznews.az xəbər verir ki, Cebhe.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, normaların müəyyən olunması və onun icraya yönəldilməsi Daxili İşlər Nazirliyinin səlahiyyətində deyil:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 50 nəfərə qədər tədbirlərin keçirilməsi ilə bağlı normalarda tibbi maska tələbi var. 150 nəfərə qədər olan tədbirlərdə isə bu tələb yoxdur. Çünki orada COVID pasportu və xəstəliyə yoluxub-sağalmaya dair sertifikat tələb edilir. Bütün bu normalara uyğun olaraq şadlıq saraylarından, ictimai iaşə obyektlərindən, kafe və restoranlardan müvafiq icazə tələb olunur. Sənədlər arasında müştərək, yəni hüquqi sənəd var ki ona “iltizam” sənədi deyilir. Həmin sənəd icazə portalına daxil edilir. Tələblər arasında öhdəçilik yaranır. Buradakı nəzarət qaydasında nəzarətedici mexanizm olduğuna görə normalar müəyyən edilir. Ad günü, toy, nişan və digər mərasimlərin nəzərdə tutulmayan yerlərdə, evdə, havada, həyətyanı sahələrdə keçirilməsi ilə bağlı mütləq qaydada tibbi maskadan istifadə tələb olunur. Bu tələblərə də əməl edilməlidir”.

O qeyd edib ki, vətəndaşlar artıq bəzi yollar tapmağa çalışırlar ki, bu yollar arasında ayrı-ayrı palatkalarda 150 nəfərlik məclislər keçirmək də var:

“Artıq bu formada yollar tapılıb ki, 150 nəfərlik ayrı-ayrı mağaralar qurulub məclislər keçirilsin. Lakin belə hallara icazə yoxdur. Bir adam üçün nəzərdə tutulan həmin mərasim yalnız 50 nəfərə qədər tədbiri əhatə etməlidir”.