Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə... Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə...
  • Toplum
  • 2 İyul 2021 20:26
  •  4 649

Bilgəh çimərliyi tullantılardan təmizlənib

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə...

Bilgəh çimərliyi məişət tullantılarından təmizlənib.

Aznews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bilgəh çimərliyinə yaxın sahəyə məişət tullantılarının atılması barədə daxil olan fotogörüntüdəki ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Sabunçu rayon MKTB-yə məcburi göstəriş verilib.