Hava gəmisinin göyərtəsində 122 sərnişin olub Hava gəmisinin göyərtəsində 122 sərnişin olub
  • Toplum
  • 4 İyul 2021 09:02
  •  5 309

AZAL-ın təyyarəsi texniki nasazlıqla bağlı eniş edib

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A319" təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

"Azərbaycan Hava Yolları" QSC-dən AzNews.az-a verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.