Xəsarət alan var Xəsarət alan var
  • Toplum
  • 16 İyul 2021 12:10
  •  7 543

Binəqədi beşmərtəbəli binada yanğın olub

Xəsarət alan var

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 44 m² olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.