• Toplum
  • 22 İyul 12:34
  •  1 320

Bu tarixədək həftəsonları ictimai nəqliyyat işləməyəcək

Həmçinin metro da...

Avqustun 30-na qədər həftəsonları ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək.

Aznews.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 'Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə" qərarında əksini tapıb.

Qeyd olunub ki, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılır.