• Toplum
  • 31 İyul 2021 17:22
  •  5 247

Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib - FOTO

Bu gün paytaxtda geniş daxili iməclik və gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib

Aznews.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən işlər zamanı 546 küçə dezinfeksiya olunub.

Eyni zamanda prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin, ağac və yaşıllıq zolaqlarının yuyulması həyata keçirilib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.