Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb
  • Toplum
  • 13 Oktyabr 2021 11:43
  •  6 016

Bakıda meyvə-tərəvəz bazasında yanğın olub

Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb

Bakının Nərimanov rayonunda yanğın baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Böyük bir ərazidə yerləşən meyvə-tərəvəz bazasında başlayan yanğın əvvəlcə tüstü ilə müşahidə edilib. Daha sonra yanğının miqyası genişlənib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 7 texnika və canlı briqada cəlb edilib. Yanğın söndürülüb və hazırda soyutma işləri aparılır.

Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. (APA)