12 müəllim və 5 şagird koronavirusa yoluxub 12 müəllim və 5 şagird koronavirusa yoluxub
  • Toplum
  • 19 Oktyabr 2021 10:24
  •  3 759

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

12 müəllim və 5 şagird koronavirusa yoluxub

Bakının 245 nömrəli tam orta məktəbinin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, həmin məktəbin 12 müəllimi və 5 şagirdinin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bildirilib ki, COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub".