• Toplum
  • 23 Noyabr 19:20
  •  2 369

1904 nəfər COVID-19-a yoluxub

29 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 904 yeni yoluxma faktı qeydə alınıb, 1 833 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 576 703 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 541 327 nəfər müalicə olunaraq sağalıb, 7 686 nəfər vəfat edib, aktiv xəstə sayı 27690 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 194, ötən müddət ərzində isə ümumilikdə 5 461 573 test aparılıb.