İki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb İki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb
  • Toplum
  • 19 May 2022 11:32
  •  5 129

Metroda qatarda nasazlıq yaranıb

İki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb

Bu gün saat 11:00-da "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarında nasazlıq yaranıb.

Bununla əlaqədar "Ulduz" stansiyasında sərnişinlər düşürülüb.

Qatar depoya göndərilib, əvəzinə qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.