• Toplum
  • 5 İyul 20:23
  •  2 890

Yayda isti çay içməyin faydaları

İsti havalarda su balansınıza nəzarət etmək və...

İsti havalarda su balansınıza nəzarət etmək və günəşdə bədəni yandırmamağa çalışmaq çox vacibdir.

Belə bir vaxtda xüsusilə soyuq içkilərlə, yaxud dondurma ilə istini bədəndən qovmağa çalışırıq. Lakin diyetoloqlar belə qidalardan sui-istifadə etməyi məsləhət görmür. Soyuq su içdiyiniz və ya desert yediyiniz zaman bədən temperatur fərqini kompensasiya etmək üçün qızmağa başlayır. Bu, günəş vurmasına səbəb ola bilər. Odur ki, əks təsirə səbəb ola biləcək isti çaya üstünlük vermək daha məqsədəuyğundur.

Aznews.az oxucuları isti çayın faydaları ilə tanış edir.

- Sərinləməyə kömək edir

Çay içərkən tərləmə sürəti çox artır, bu, çoxlarının xoşuna gəlməyə bilər. Lakin tər mühüm funksiyanı yerinə yetirir. Tər dəridə buxarlanaraq orqanizmin soyumasına kömək edir.

- Maddələr mübadiləsini yaxşılaşdırır

Bir çox Asiya ölkələrində yeməklə isti içkilər içmək ənənədir. Xüsusilə yay aylarında bu faydalı vərdişi istifadə etməyə dəyər. Bu, vitaminləri mənimsəməyə kömək edir, həmçinin bədəndə artıq suyun tutulması ilə mübarizə aparır.

- İnfeksiyalarla mübarizə aparır

İsti çay immunitetimizi gücləndirə bilər. Koronavirus infeksiyası hələ davam edir, odur ki, immuniteti gücləndirmək təkcə qışda deyil, yayda da faydalı olacaq.

- Reproduktiv sağlamlıq problemlərinin qarşısını alır

Menstruasiya pozğunluğuna səbəb ola bilən soyuq içkilərdən fərqli olaraq, ilıq çay menstruasiyaya müsbət təsir edir və orqanizmdə qan dövranını yaxşılaşdırır.

- Arıqlamağa kömək edir

Çayın tərkibində flavonoidlər var. Bunlar bədənə yağları daha sürətli və daha yaxşı parçalamağa kömək edən bitki piqmentləridir. Həmçinin çayın bir çox növlərində bizi daha çox hərəkət etdirən kofein var.