Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub
  • Toplum
  • 15 Avqust 2022 19:27
  •  5 014

Bilgəhdə 1 nəfər dənizdə batıb

Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Aznews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.