• Toplum
  • 6 Dekabr 2022 22:23
  •  6 751

Diş əti xəstəlikləri bütün bədənə təsir edir

Diş əti xəstəlikləri bütün bədənə öz təsirini göstərir. Həll yolu kiçik yaşlardan ağız və dişlərin təmizlənməsinə diqqət yetirməkdir.
Ağız və diş sağlamlığının qorunması insan həyatı üçün böyük əhəmiyyət kəsb edir. Çünki sağlamlıq ağızdan başlayır. Ağız və diş sağlamlığına əhəmiyyət verilməzsə, itirilən təkcə dişlər olmayacaq. Onun təsiri bütün bədəndə hiss olunur. Diş ətinin sağlamlığına xüsusi diqqət yetirilməlidir. Əhəmiyyət verilməyən bir diş əti iltihabı hətta diabetə, vaxtından əvvəl doğuşa və ciddi ürək xəstəliyinə səbəb ola bilər.

Ağızda olan bakteriyalar diş ətinin iltihabına gətirib çıxara bilir.

Aznews.az-ın araşdırmasına görə, diş əti iltihabının səbəbi ümumiyyətlə mikroorqanizmlərdir. Bədən diş ətindəki iltihaba qarşı özünü müdafiə etməyə başlayır. Bədəndə qızdırma yaratmasa da, buna səbəb xroniki infeksiyalardır.

Beləliklə, sadə bir diş əti iltihabı hansı nəticələrə səbəb ola bilər? İlk növbədə qeyd etmək lazımdır ki, diş ətlərindəki bakteriyalar olduğu yerdə qalmır. Damar yolu ilə bədənin digər hissələrinə də yayıla bilir. Bu hətta ürək toxumalarına qədər keçə bilər. Hamilə qadınlarda vaxtından əvvəl doğuşa və düşüklərə də səbəb ola bilər.

Mütəxəssislər diş əti xəstəliklərinin 50-dən çox sistemik xəstəliklə əlaqəli olduğunu açıqlayır.

Diş əti iltihabı ürək xəstəliyinə necə səbəb ola bilər?

Diş ətindəki bakteriyalar damarlara daxil olur. Beləliklə, bu, damar vasitəsilə, həm də ürək toxumalarına keçə bilir ki, oradakı damarların tıxanmasına da səbəb ola bilir.

Şəkərli diabetə də təsir edir

Şəkərli diabetin müxtəlif növləri var. Məsələn, 2-ci tip diabet dediyimizdir ki, bu da cəmiyyətdə yaygındır. 2-ci tip şəkərli diabetdə adətən toxumalarda insulinə qarşı müqavimət olur. Nəticədə bədəndə insulin səviyyəsi artır. İnsulin səviyyəsi yüksəldikdə qanda qlükoza səviyyəsi yüksəlir. Diş əti xəstəlikləri orqanizmdə iltihabı artırır, toxumalarda insulinə qarşı müqavimətin artmasına səbəb olur, beləliklə qanda qlükoza səviyyəsini artırır. Hətta belə bir vəziyyət var; Diabetli xəstələrdə diş əti müalicəsindən sonra qanda qlükoza səviyyəsi azala bilər. O qədər təsirli…”

Diş əti xəstəliklərinin qarşısını almaq üçün nə etmək lazımdır?

Təbii ki, insan həyatına bu qədər təsir edən diş əti xəstəliklərindən qorunmaq mümkündür... Bunun üçün gənc yaşdan ağız baxımı yaxşı aparılmalıdır. İlk növbədə dişlər həm fırçalar, həm də diş ipi ilə təmizlənməlidir. Əgər diş daşı və ya lövhə əmələ gəlməsi və ya diş əti xəstəliyi kimi problemlər varsa, laqeyd yanaşmadan dərhal diş həkiminə müraciət etmək mütləqdir. Problem daha dərin olduqda isə, periodontoloqa müraciət etmək lazımdır.

Müalicədən sonra diş əti xəstəliklərinin yenidən başlamaması üçün xəstələr ağız baxımına diqqət etməlidirlər. Çünki lazımi qayğı göstərilmədikdə xəstəlik yenidən ortaya çıxır.

Diş sağlamlığı üçün müntəzəm diş müayinələri aparılmalıdır.

Nuray

AzNews.az