- Dünyanın halı
- 13:22
- 1 720
Qırğızıstanda məktəbdə 58 nəfər şaurmadan zəhərlənib
Qırğızıstanda özəl məktəbdə 58 nəfər şaurmadan zəhərlənib.
Aznews.az xəbər verir ki, bu barədə “Sputnik Kyrgyzstan” məlumat yayıb.
Zəhərlənənlərdən 54-i uşaqdır.
Məlumata görə, onlar qusma, ishal və qarın ağrılarından şikayət ediblər. Hadisə günü bütün zərərçəkənlər məktəbin yeməkxanasında şaurma yeyiblər.
Məktəbdə hazırda yoxlama aparılır və hadisənin səbəbləri araşdırılır.