Cənubi Koreya Çinin Seul və Pxenyan arasında dialoqun bərpasında yardımına ümid edir

Cənubi Koreya Prezidentin Çin liderinin Seul və Pxenyan arasında dialoqun bərpasında yardımına ümid edir.

Aznews.az xəbər verir ki, bu gün Cənubi Koreya Prezidenti Li Çje Myon ilə Çin Sədri Si Cinpinin görüşü olub.

Danışıqlar zamanı tərəflər münasibətlərin gücləndirilməsinə ümid ifadə ediblər.

Bu, son 11 ildə Çin liderinin Cənubi Koreyaya ilk səfəridir. Səfər APEC sammiti çərçivəsində baş tutub.

Li Çje Myon bildirib ki, Çinin Cənubi Koreya ilə Koreya Xalq Demokratik Respublikası arasında danışıqların yenidən başlanmasına kömək göstərəcəyinə ümid edir: "Çünki son vaxtlar Pekin və Pxenyan arasında əlaqələr aktivləşib".

Onun fikrincə, Çin Sədri ilə görüş hər iki ölkənin xalqlarının hiss edəcəyi real nəticələr üçün təməl yaradacaq.

Si Cinpin isə öz növbəsində bildirib ki, Çin Cənubi Koreya ilə münasibətləri yüksək qiymətləndirir və öz siyasətinin ardıcıllığını, sabitliyini qorumaq niyyətindədir. O, həmçinin Pekinin Seulla əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu vurğulayıb.