• Toplum
  • 8 Dekabr 2022 16:50
  •  3 949

Azərbaycanda iki rayona yeni polis rəisi təyin edilib

Azərbaycanda iki rayona - Qubadlı və Qobustan rayon polis şöbələrinə (RPŞ) yeni rəis təyin edilib.

Aznews.az bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qubadlı RPŞ-nin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov vəzifəsindən azad edilərək Qobustan RPŞ-nə rəis təyin olunub.

Bundan başqa, nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunraq Qubadlı RPŞ-nə rəis təyin edilib.