- Toplum
- 28 May 09:30
- 3 508
Azərbaycan XİN Müstəqillik Günü münasibətilə xalqı təbrik edib
![](https://www.aznews.az/storage/2021/05/27/xin1.jpg)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 28 May Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə xalqı təbrik edib.
Aznews.az xəbər verir ki, bu barədə nazirliyin "X"dəki hesabında paylaşım edilib.
"28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, ölkəmizə və xalqımıza rifah və daimi inkişaf arzulayırıq! Dövlətimiz əbədi olsun! Müstəqillik günümüz mübarək olsun!", - deyə paylaşımda qeyd edilib.