- Toplum
- 4 İyun 21:40
- 4 055
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vaqif Hüseynov vəfat edib
![](https://www.aznews.az/storage/2024/06/04/665f46ec85747665f46ec857481717520108665f46ec85745665f46ec85746.jpg)
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş (1989–1991) Vaqif Hüseynov vəfat edib.
Aznews.az xəbər verir ki, bu barədə "Moskovskiy Komsomolets" qəzeti məlumat yayıb.
Bildirilib ki, Vaqif Hüseynov ömrünün 82-ci ilində dünyasını dəyişib.
Qeyd edək ki, Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olub.
Orta təhsilini başa vurduqdan sonra 1961–1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib.
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda — "Sport", "Molodyoj Azerbaydjana", "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən Azərbaycan televiziyasında fəaliyyət göstərib.