Bakıda şadlıq sarayının fəaliyyəti dayandırıldı - VİDEO

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında fəaliyyət göstərən “Səbinə” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib, obyektdə yanğın su hovuzu mövcud deyil, təxliyə planı tərtib edilməyib.

“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək”, - məlumatda bildirilib.

Qeyd olunanları nəzərə alaraq, “Səbinə” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub.

image description image description image description