Zəlzələ proqnozu vermək qeyri-mümkündür - Qurban Yetirmişli

Qısamüddətli zəlzələ proqnozunu öncədən demək qeyri-mümkündür.

Aznews.az xəbər verir ki, bu fikirləri Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, professor Qurban Yetirmişli "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransında deyib.

Q.Yetirmişli Azərbaycanda baş vermiş ortamüddətli zəlzələnin isə proqnozlarını daha öncədən verdiklərini vurğulayıb.

Xidmət Mərkəzinin rəhbəri qeyd edib ki, sürüşmə zonalarında kompleks tədbirlərlə sürüşmənin dərinliyi, ümumi kütləsi, istiqaməti dərindən əsaslandırılır və layihələndirmə üçün təhvil verilir.

"Azərbaycanda 300-dən artıq palçıq vulkanı mövcuddur və onların dinamikası, coğrafi koordinatları izlənilir”, - baş direktor qeyd edib./trend