İran səfirliyində həyəcanlı dəqiqələr yaşanıb. İran səfirliyində həyəcanlı dəqiqələr yaşanıb.

İranın Türkiyədəki səfirliyində bomba həyəcanı

İran səfirliyində həyəcanlı dəqiqələr yaşanıb.

AzNews.az beynəlxalq mətbuata istinadən bildirir ki, İranın Ankaradakı səfirliyində bomba olması ilə bağlı xəbər paytaxtda qarışıqlığa səbəb olub.

Bir müddət sonra isə Ankara polisinin səfirliyin ətrafında toplaşmasının təhlükəsizlik tədbiri xarakteri daşıdığı bildirilib.

Yunanıstanın paytaxtı Afina və Fransanın paytaxtı Parisdəki İran səfirliklərinə hücum təşkil olunmasından sonra çevik polis alayı səfirliyin ətrafındakı bəzi yerlərdə məntəqələr qurub.

Səfirliyin ətrafındakı maşın və piyada yolları açıq vəziyyətdədir.


Nurlan AĞA

AzNews.az