Səudiyyə şahzadəsi qaçırılmaq təhlükəsi ilə üz-üzə qaldığını iddia edib. Səudiyyə şahzadəsi qaçırılmaq təhlükəsi ilə üz-üzə qaldığını iddia edib.

Səudiyyə şahzadəsini oğurlamaq istədilər - İtkin jurnalist kimi...

Səudiyyə şahzadəsi qaçırılmaq təhlükəsi ilə üz-üzə qaldığını iddia edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada yaşayan Səudiyyə Ərəbistanı şahzadəsi Xalid ibn Fərhan Əl-Səud Ərəbistan hökumətinin onu tələ quraraq qaçırmaq istədiyini deyib.

O, bunu Almaniyanın “DPA” informasiya agentliyinə açıqlamasında bildirib.

Şahzadə qeyd edib ki, Camal Qaşıqçının itkin düşməsindən bir neçə gün əvvəl o da şübhəli şəkildə Qahirədəki səfirliyə çağırılıb. Lakin Əl-Səud bunun tələ olduğunu düşünərək getmədiyini vurğulayıb.

İddia ilə bağlı Səudiyyə hökumətindən cavab gəlməyib.

Qeyd edək ki, itkin jurnalist Camal Qaşıqçı da səfirliyə çağırılandan sonra yoxa çıxmışdı.

Nurlan AĞA
AzNews.az