Rusiyanın xarici işlər naziri Sergey Lavrov: "Moskva buna yol verməyəcək" Rusiyanın xarici işlər naziri Sergey Lavrov: "Moskva buna yol verməyəcək"

NATO gəmiləri Azov dənizinə buraxılmayacaq - Ukraynaya ultimatum

Rusiyanın xarici işlər naziri Sergey Lavrov: "Moskva buna yol verməyəcək"

"Rəsmi Kiyevin Azov dənizində NATO ilə planlaşdırdığı təlim reallığa çevrilməyəcək, çünki Moskva buna yol verməyəcək".

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir xatırladıb ki, Rusiya ilə Ukrayna arasında Azov dənizində digər ölkə gəmilərinin keçməsi haqda müqavilə var: "O müqavilənin şərtlərinə hər iki tərəf riayət etməlidir"

Xatırladaq ki, ABŞ da daxil olmaqla, NATO-nun bir neçə ölkəsinin hərbi aviasiyasının iştirakı ilə Ukraynada "Təmiz hava-2018" təlimi başa çatıb.

Təlim zamanı Ukraynanın Su-27 qırıcı təyyarəsi qəzaya düşüb. Nəticədə Ukrayna və ABŞ pilotları həlak olub.

© AzNews.az