Şimali Koreya liderindən tarixi addım – Cənub qardaşlarına qonaq gedir

Kim Çen Inın səfərinin vaxtı və detalları haqda bilgi verilmir

Xəbər verildiyi kimi Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanın paytaxı Seul şəhərinə səfərə gedəcək. Bu haqda informasiyanı Cənubi Koreya Respublikasının prezidenti Mun Çje İn dünən parlamentin iclasında deyib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, ancaq Kim Çen Inın səfərinin vaxtı və detalları haqda bilgi verilmir.

Cənubi Koreya prezidenti xatırladıb ki, yaxın vaxtlarda ABŞ və Şimali Koreya liderlərinin 2-ci sammiti keçirilməlidir. O, həmçinin əlavə edib ki, Çin Xalq Respublikasının sədri Si Çzinpin Kim Çen Inla görüşmək üçün Pxenyana səfərə gedəcək.

Qeyd edək ki, iki qardaş ölkə liderlərinin görüşü bu ilin aprel ayında keçirilib. May ayında isə tərəflər ikinci dəfə görüşüblər.

Roma Papası Fransisk də Şimali Koreyaya səfərə getmək haqqında düşünür.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib ki, rəsmi Vaşinqtonun heç vaxt Şimali Koreyaya nüvə zərbəsi endirmək fikri olmayıb, çünki Kim Çen In qəbul edilən bütün öhdəlikləri yerinə yetirir.

Babək Göyüş

AzNews.az