Sərhədçilər, ümumiyyətlə qayda pozan 940 gəminin üzmə trayektoriyasını müşahidə edirlər Sərhədçilər, ümumiyyətlə qayda pozan 940 gəminin üzmə trayektoriyasını müşahidə edirlər

Ukrayna Krım limanlarında 15 gəmini saxladı

Sərhədçilər, ümumiyyətlə qayda pozan 940 gəminin üzmə trayektoriyasını müşahidə edirlər

Ukraynanın dövlət sərhəd xidməti qeyri-qanuni Krım limanlarına daxil olduqlarına görə 15 gəmini saxlayıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı qurumun mətbuat xidməti yayıb.

"15 gəmi əsasən Berdyansk və Mariupol limanlarında saxlanılıb. Gəmilərin bəziləri həbs edilib, bəziləri haqda isə məhkəmə işi aparılır. Sərhədçilər, ümumiyyətlə qayda pozan 940 gəminin üzmə trayektoriyasını müşahidə edirlər. Bu gəmilərin böyük əksəriyyəti Krım limanlarında müəyyən işləri həyata keçirirlər", deyə Dövlət sərhəd xidməti bildirib.

Bir müddət öncə Ukrayna tərəfi Rusiyanı Kerç boğazında 150 xarici gəmini saxlamaqda ittiham edib.

Bu ilin oktyabrında rəsmi Kiyev Rusiyanın "Nord" gəmisini müsadirə etmişdi. Hazırda həmin gəmi satışa çıxarılıb.

Qeyd edək ki, 2014-cü ilin martında referendum nəticəsində Krım Rusiyanın tərkibinə daxil edilib. Ada əhalisinin böyük əksəriyyəti Rusiyaya birləşməyin lehinə səs veriblər.

Babək Göyüş

© AzNews.az