- Dünyanın halı
- 17 Noyabr 2018 09:00
- 1 355
Şimali Koreya ABŞ vətəndaşını deportasiya edib

O, təyyarə ilə ABŞ-a yola düşüb
Koreya Xalq Demokratik Respublikası (KXDR) ölkəyə qeyri-qanuni yolla daxil olmağa cəhd etmiş ABŞ vətəndaşı Brüs Bayron Lourensi deportasiya edib.
O, təyyarə ilə ABŞ-a yola düşüb.
Yonhap agentliyinə istinadla xəbər verilir ki, ABŞ vətəndaşı ötən ay KXDR ərazisinə Çindən qanunsuz yolla daxil olmağa cəhd edərkən saxlanılmışdı.
Şimali Koreya mətbuatı Brüs Bayron Lourensin ABŞ xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu iddia edirdi. (AZƏRTAC)