- Dünyanın halı
- 26 Noyabr 2018 14:19
- 2 517
Poroşenko Ukrayna dilində Putindən tələb etdi - "Gəmi və hərbçilərimizi geri qaytarın!"

"Bununla bağlı Rusiyadan tez reaksiya verilməsini gözləyirəm"
Ukrayna prezidenti Petr Poroşenko ələ keçirilən gəmilərin və hərbçilərin geri qaytarılması tələbi ilə Rusiya rəhbərliyinə müraciət edib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında səslənən müraciət Ukrayna dilində deyilib.
AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, Poroşenko ilk addımda Azov dənizindəki vəziyyətin normallaşması üçün lazımı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
"Mən Rusiya Federasiyasının rəhbərlərinə müaricət edirəm. Beynəlxalq hüquq normalarına zidd olaraq ələ keçirilən və talelərindən heç bir xəbər bilinməyən hərbçilərimizin və ələ keçirilən gəmilərin geri qaytarılmasını tələb edirəm. Onlar təcili olaraq Ukrayna tərəfinə verilməldir. Bununla bağlı Rusiyadan tez reaksiya verilməsini gözləyirəm". Poroşenko belə deyib.
Ukrayna dilində səslənən müraciətdə Poroşenko Putinin adını çəkməyib və yalnız "Rusiya Federasiyasının rəhbərliyinə" deməklə kifayətlənib.
Xatırladaq ki, dünən ələ keçirilən 3 gəmidə atışma zamanı Ukraynanın 6 hərbçisi yaralanıb. Gəmilərdə çalışan 20-dən çox dənizçinin də əsir götürüldüyü deyilir.
Babək Göyüş
© AzNews.az