2010 seçki məntəqəsinin 1587-nin bülletenləri artıq hesablanıb 2010 seçki məntəqəsinin 1587-nin bülletenləri artıq hesablanıb

Paşinyanın bloku seçkilərdə liderlik edir - rəsmi

2010 seçki məntəqəsinin 1587-nin bülletenləri artıq hesablanıb

Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın liderlik etdiyi "Mənim addımım" bloku seçkilərdə 70.32 faiz səs toplayıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Ermənistanın Mərkəzi Seçki Komissiyası yayıb.

Məlumata görə, ölkədə fəaliyyət göstərən 2010 seçki məntəqəsinin 1587-nin bülletenləri artıq hesablanıb.

Mənbə bildirir ki, "Çiçəklənən Ermənistan" partiyası 8.40, "İşıqlı Ermənistan" partiyası 6.33 faiz səs toplayıb. Digər partiyalar 5 faiz, bloklar isə 7 faiz barajı keçə bilməyiblər.

Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar 5, bloklar isə 7 faiz barajı keçməlidirlər.

Ermənistanda dünən keçirilən növbədənkənar parlament seçkilərində ölkə üzrə seçicilərin 48.63 faizi səs verib.

Babək Göyüş

© AzNews.az