Ancaq yaradılan müşahidə nöqtələrinin sayı və konkret yeri haqqında məlumat verilməyib Ancaq yaradılan müşahidə nöqtələrinin sayı və konkret yeri haqqında məlumat verilməyib

ABŞ Suriya-Türkiyə sərhədinə müşahidə nöqtələri yerləşdirdi

Ancaq yaradılan müşahidə nöqtələrinin sayı və konkret yeri haqqında məlumat verilməyib

ABŞ Suriya-Türkiyə sərhədinə müşahidə nöqtələri yerləşdirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Pentaqonun rəsmi nümayəndəsi Rob Meninqin mərtbuat açıqlamasında deyilir.

"Müdafiə naziri Ceyms Mettisin əmri ilə ABŞ Suriyanın şimali-şərq sərhəd bölgəsinə NATO-dakı müttəfiqimiz Türkiyənin təhlükəsizlik problemini həll etmək üçün müşahidə nöqtələri yerləşdirib" - deyə o qeyd edib.

Ancaq yaradılan müşahidə nöqtələrinin sayı və konkret yeri haqqında məlumat verilməyib.

Xatırladaq ki, ABŞ-ın Türkiyə Suriya sərhədinə müşahidə nöqtələrinin yerləşdiriləcəyini Mettis noyabr ayında elan etmişdi. Həmin vaxt nazir bildirmişdi ki, bunun üçün əlavə hərbçi göndərilməsinə ehtiyac yoxdur.

© AzNews.az