Xəbəri "Conflict Intelligence Team" istintaq qrupu təsdiq edib. Xəbəri "Conflict Intelligence Team" istintaq qrupu təsdiq edib.

Suriyada rusiyalı hərbçi həlak oldu

Xəbəri "Conflict Intelligence Team" istintaq qrupu təsdiq edib.

Suriyada rusiyalı hərbçi Aleksandr Dudçenko həlak olub.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda informasiya öncə sosial şəbəkələrdə, sonra isə Həştərxan şəhərinin elektron mediasında yayılıb.

Xəbəri "Conflict Intelligence Team" istintaq qrupu təsdiq edib.

Aleksandr Dudçenkonun tanışı və onunla eyni məktəbdə oxuyan şəxs hərbçinin ölümü haqda istintaq qrupuna məlumat verib.

"Həştərxan desantçısı" ləqəbli Aleksandrın 33 yaşı olub və o, Rusiyanın İvanovo şəhərində hava-desant diviziyasında xidmət edib.

"Həştərxan 24" nəşri yazır ki, Dudçenko Suriyanın Latakiya əyalətində minaatanların atəşi zamanı həlak olub.

Qeyd edək ki, Rusiya hərbçiləri rəsmi olaraq 2015-ci il sentyabrın 15-dən Suriya prezidenti Bəşər Əsədin mövqeyini müdafiə edirlər.

Babək Göyüş

© AzNews.az