- Dünyanın halı
- 4 Yanvar 2019 17:07
- 1 600
Misirdə yenilik - Sosial şəbəkələrdə...

Sosial şəbəkələrdə dəqiq olmayan məlumatlara münasibət bildirmək məqsədilə Misirdə işçi qruplar yaradılacaq.
Misirli deputat, Nümayəndələr Palatasının Sosial Həmrəylik Komitəsi sədrinin müavini Məhəmməd Abu Hamed bəzən sosial şəbəkələr vasitəsilə yayılan dəqiq olmayan məlumatlara münasibət bildirmək məqsədilə ölkənin bütün nazirliklərində və dövlət idarələrində işçi qrupların yaradılması təklifi ilə çıxış edib.
Deputat “quruculuq və inkişaf prosesini başa çatdırmaqda misirlilərin iradəsini və əzmini qırmaq məqsədilə” son vaxtlar reallıqdan uzaq olan xeyli sayda feyk-xəbərlərin yayıldığını bildirib. M.Hamed hər bir nazirlik və qurumda buna bənzər yazıları izləyəcək və doğru məlumatı göstərərək təkziblə çıxış edəcək işçi qrupların yaradılmasının zəruriliyini vurğulayıb.(AZƏRTAC)
© AzNews.az