Əfqanıstanın şimal-qərbində yerləşən Bağdis vilayətində “Taliban” hərəkatının silahlıları ilə toqquşmalarda azı 13 polis və hərbçi həlak olub. Əfqanıstanın şimal-qərbində yerləşən Bağdis vilayətində “Taliban” hərəkatının silahlıları ilə toqquşmalarda azı 13 polis və hərbçi həlak olub.

Əfqanıstanda 13 polis və hərbçi öldürüldü

Əfqanıstanın şimal-qərbində yerləşən Bağdis vilayətində “Taliban” hərəkatının silahlıları ilə toqquşmalarda azı 13 polis və hərbçi həlak olub.

1TV telekanalının yaydığı məlumata görə, silahlılar polis və ordu postlarına hücum ediblər. Nəticədə 10 polis əməkdaşı və 3 hərbi qulluqçu həyatını itirib. Toqquşmaların gedişində, həmçinin taliblər də itkiyə məruz qalıblar. Belə ki, 15 silahlı zərərsizləşdirilib.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD terror qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorçulara qarşı birgə əməliyyatlar keçirirlər.(AZƏRTAC)

© AzNews.az