Livana yağan qar suriyalı qaçqınları çətinə saldı

Livanda çadır şəhərciyində yaşayan suriyalı qaçqınlar qarın yağması səbəbindən çətinliklərlə üzləşiblər.

Artıq bir neçə gündür ölkənin cənub hissəsinə 40 santimetrdən artıq qar yağıb. Çadır şəhərciyinə əlavə ərzaq və yanacaq məhsulları daşınmasına baxmayaraq, uşaqların donma təhlükəsi olduğu bildirilir. Hətta sosial şəbəkələrdə qaçqın düşərgələrində ölüm hallarının olduğu xəbəri yayılıb.

BMT-nin məlumatına görə, 2017-ci ildən etibarən Suriyadan Livana 997 min qaçqın gəlib. Bu ölkədə məskunlaşan suriyalı qaçqınlara 100-dən artıq beynəlxalq humanitar təşkilat tərəfindən yardımlar edilir.(AZƏRTAC)

© AzNews.az