“Hamıya dəstəkləri üçün təşəkkür edirəm. Hal-hazırda evimdə ailəmlə birlikdəyəm". “Hamıya dəstəkləri üçün təşəkkür edirəm. Hal-hazırda evimdə ailəmlə birlikdəyəm".

Otelə silahlı hücum zamanı hamamda gizləndi - Tvitterdə kömək istədi

“Hamıya dəstəkləri üçün təşəkkür edirəm. Hal-hazırda evimdə ailəmlə birlikdəyəm".

Keniyanın paytaxtı Nairobidə yerləşən “DusitD2” adlı otelə silahlı və bombalı hücum olunub və 15 nəfər ölüb.

AzNews.az xəbər verir ki, dəhşətli hadisədən sonra ərazidə vəziyyət nəzarətə götürülüb.

Təhlükəsizlik qüvvələri bölgədə binalardan əhalini və xariciləri təxliyyə edib. Hadisəni Eş-Şebab terror örgütü boynuna alıb.

“Reuters”ə danışan Eş-Şebabın hərbi sözçüsü Əbdüləziz Əbu Musab terroristlərin hücumlara davam etdiyini vurğulayıb.

Hadisə zamanı Ron Ngeno adlı biri tvitterdə oteldə qaldığını yazıb və kömək istəyib. Hamamda gizləndiyini deyən və terroristlərin yaxınlaşdığını bildirən adam “Əgər ölsəm, cənnətə gedəcəyimə inanıram. Ailəmə onları sevdiyimi deyin. Caleb, Mark və Carol sizi sevirəm” deyə yazıb.

Son olaraq telefonun sönəcəyini bildirən və onlara dua edilməyini istəyən adama minlərlə şəxs mesajları ilə dəstək olub. Ron Ngeno xilas olduğunu açıqlayıb:

“Hamıya dəstəkləri üçün təşəkkür edirəm. Hal-hazırda evimdə ailəmlə birlikdəyəm. Özlərini təhlükəyə atıb başqalarını xilas edən Kenya Milli Polis Departamentinə və Kenya Müdafiə Qüvvələrinə cəsarətlərinə görə təşəkkür edirəm”.

Pərvanə Ağazadə

AzNews.az

image description