"Azərbaycan hakimiyyətinin qərarını alqışlayıram". "Azərbaycan hakimiyyətinin qərarını alqışlayıram".

"Avropa Parlamentində səsləndirilən bəyanatlar saxtadır"

"Azərbaycan hakimiyyətinin qərarını alqışlayıram".

Avropa Parlamentində Azərbaycan üzrə məruzəçi, rumıniyalı deputat Norika Nikolai Azərbaycanla bağlı bəyanat yayıb.

Bəyanat Avropa Parlamentinin bütün üzvlərinə, onun rəhbərliyinə və Avropa İttifaqının əlaqədar qurumlarına göndərilib.

Deputat bəyanatda deyir:

“Mehman Hüseynovla bağlı cinayət işinə xitam verilməsinə dair Azərbaycan hakimiyyətinin qərarını alqışlayıram. Bu, onu göstərir ki, Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır. Ümid edirəm ki, onlar gələcəkdə hər hansı bir bəyanat verməmişdən əvvəl insident barədə məlumatı etibarlı mənbələrdən əldə edəcəklər”. (Azərtac)