- Fanat
- 00:17
- 946
"Real Madrid"in futbolçuları "El-Klasiko" ərəfəsində dava ediblər
"Real Madrid" futbol klubunun oyunçuları Orelien Tçuameni və Federiko Valverde məşq zamanı az qala əlbəyaxa olublar.
AzNews.az xəbər verir ki, bu barədə "Marca" nəşri yazıb.
İnsident məşqdə oyun zamanı qayda pozuntundan sonrası baş verib. Nəticədə futbolçular bir-birini itələməyə başlayıblar. Mübahisə daha sonra paltardəyişmə otağında davam edib.
Komandadakı gərgin atmosfer İspaniya çempionatının 35-ci turunda "Barselona" ilə keçiriləcək oyundan əvvəl daha da artıb.
Bundan əvvəl müdafiəçilər Antonio Rüdiger və Alvaro Karreras arasında da münaqişə yaşandığı bildirilirdi. Həmçinin qeyd olunub ki, ən azı altı futbolçu baş məşqçi Alvaro Arbeloa ilə ünsiyyəti dayandırıb, bəziləri isə bir-biri ilə belə danışmır.
Qeyd edək ki, "El-Klasiko" mayın 10-da Barselonadakı "Spotify Kamp Nou" stadionunda keçiriləcək. Katalonlara çempion olmaq üçün məğlub olmamaq kifayətdir. 34 turdan sonra turnir cədvəlinə 88 xalla "Barselona" başçılıq edir, "Real" isə 77 xalla ikinci pillədə qərarlaşıb.