- Qərb
- 00:48
- 1 483
İran ABŞ-nin şərtlərini qəbul etdi? - Donald Tramp detalları açıqladı
"ABŞ və İran arasında aparılan danışıqlar çox yaxşı keçib".
AzNews.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinq zamanı jurnalistlərə açıqlamasında deyib.
"Bizim razılaşma əldə etməyimiz tamamilə mümkündür. Biz razılaşma əldə etməyi çox istəyən insanlarla işləyirik və onların bizi qane edəcək bir müqavilə bağlaya bilib-bilməyəcəyini zamanla görəcəyik", - deyə o, əlavə edib.
Bundan başqa, Donald Tramp onu da bildirib ki, aparılan danışıqlar prosesində İran tərəfi nüvə silahına sahib olmaq cəhdlərindən imtina etməklə bağlı razılığa gəlib.
"İranın nüvə silahı ola bilməz və gələcəkdə də olmayacaq. Onlar digər məsələlərlə yanaşı, bu şərtlə də razılaşıblar. Roma Papasını razı salıb-salmamağımdan asılı olmayaraq, deyirəm ki, İranın nüvə silahı olmamalıdır", - Tramp bildirib.