Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud sərəncam imzalayıb. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud sərəncam imzalayıb.

Kral onları azadlığa buraxdı

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud sərəncam imzalayıb.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Ər-Riyadın inkişafı üçün bir sıra yeni layihələrə start verilməsi münasibətilə şəhərdə bütün borcunu ödəyə bilməyən və mülki işlər üzrə həbs edilmiş insanların azadlığa buraxılması barədə sərəncam imzalayıb.

SPA dövlət informasiya agentliyi xəbər verir ki, sərəncama əsasən, ödənilməli borcun məbləği 1 milyon Səudiyyə rialından artıq olmamalı və borclu şəxsin borcu ödəmək imkanı olmaması rəsmən təsdiqlənməlidir.

Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı kralı paytaxt Ər-Riyadın inkişafı üçün 82 milyard rial (təxminən 22 milyard dollar) dəyərində 1281 layihəyə start verib.(AZƏRTAC)

AzNews.az