Çinin bunu istəməyəcəyini bilirəm. Çinin bunu istəməyəcəyini bilirəm.

Trampdan Çin açıqlaması - "Görüşlər yaxşı davam edir"

Çinin bunu istəməyəcəyini bilirəm.

ABŞ prezidenti Donald Tramp Çin ilə apardıqları ticarət görüşlərinin yaxşı getdiyini bildirib.

AzNews.az xəbər verir ki, ABŞ-la Çin arasındakı yeni ticarət görüşləri bu gün Vaşinqtonda başlayıb.

Donald Tramp jurnalistlərə verdiyi açıqlamada görüşlərin yaxşı getdiyini bildirib:

"Əsl problem ABŞ-ın tariflərinin planlaşdırıldığı kimi yüksəlib-yüksəltməyəcəyidir".

Tramp “Çinin bunu istəməyəcəyini bilirəm. Ona görə də bu işi tez sonlandırmağa çalışırlar” deyib.

Xatırladaq ki, 1 marta qədər ticarət anlaşılmazlığını həll etməsələr, ABŞ 200 milyard dollar dəyərindəki Çin malları üçün gömrük tariflərini 10%-dən 25%-ə qaldıracaq.

Tramp bir neçə dəfə tarixi təxirə salmağa razı olduğunu bildirib.

Pərvanə Ağazadə

AzNews.az