Bunu Pekində olan mənbə bildirib. Bunu Pekində olan mənbə bildirib.

Kim Çen In Trampla görüşdən sonra Çinə gedə bilər

Bunu Pekində olan mənbə bildirib.

KXDR lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampla görüşündən sonra Çinə səfər edə bilər.

Yonhap informasiya agentliyi xəbər verir ki, bunu Pekində olan mənbə bildirib.

Ötən il iki ölkə arasında Sinqapurda baş tutan sammitdən bir həftə sonra Kim Çen In danışıqların nəticələri barədə ÇXR sədri Si Szinpini məlumatlandırmaq üçün bu ölkəyə getmişdi. Bu dəfə də belə olacağı istisna edilmir.

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

ABŞ və KXDR liderləri arasında ikinci görüşün fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilməsi nəzərdə tutulur.(AZƏRTAC)

AzNews.az