Xarkovda Xocalı soyqırımının 27-ci ildönümü qeyd olunub. Xarkovda Xocalı soyqırımının 27-ci ildönümü qeyd olunub.

Azər Xudiyev: Bütün dünyanın gözü qarşısında Xocalı soyqırımı törədildi - FOTO

Xarkovda Xocalı soyqırımının 27-ci ildönümü qeyd olunub.

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşkil etdiyi anım mərasimində Xarkov Vilayət administrasiyasi rəsmiləri, elm və mədəniyyət xadimləri, diaspor və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

AzNews.az xəbər verir ki, Xocalı soyqrımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbirdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək, erməni silahli birləşmələrinin 27 il bundan öncə Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri amansız soyqrım siyasəti haqqında ətraflı məlumat verib.

Dünya birliyinin və beynəlxalq təşkilatların indiyədək belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirən fəxri konsul son illər Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Xocalıya ədalət kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli faciə olduğunu deyən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra bəşəriyyət elə düşünürdü ki, artıq insanlar sülh şəraitində yaşayacaqlar, ancaq bu, belə olmadı. Bütün dünyanın gözü qarşısında Xocalı soyqırımı törədildi. Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik siyasəti nəticəsində Xocalı soyqırımına dair həqiqətlər bütün dünya ölkələrinə çatdırılıb. Ermənilərin işğalçı, terrorçu əməlləri ifşa olundu.

Xarkovda Xocalı soyqırımının 27-ci ildönümü qeyd olunub

Səfir vurğulayıb ki, ən dəhşətlisi, bəzi dövlətlərin Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımı iştirakçısı Serj Sarkisyanın dünya mətbuatına açıqlamasında soyqırımı faktını etiraf etməsinə baxmayaraq, ikili siyasət yürütməsidir.

Xarkov Vilayət Şurasının sədri Sergey Çernov çıxışında Xocalı soyqırımının təkcə azərbaycanlılara qarşı deyil, insanlığa və bəşəriyyətə qarşı törədildiyini vurğulayıb.

Xarkovda Xocalı soyqırımının 27-ci ildönümü qeyd olunub

Natiq bildirib ki,Xocalı faciəsi Azərbaycan və dünya tarixində amansız və qəddarlıq baxımından misli görülməmiş qanlı bir səhifədir.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Xocalı soyqırımına dair hazırladığı filmə baxıblar.

Tədbirdə yazıçı publisist Əlibala Məhərrəmzadənin ukrayna dilinə tərcümə olunmuş Xocalı Soyqrımı kitabı mərasim iştirakçılarına təqdim olunub.

Daha sonra Xarkov şəhər Administrasiyası rəhbərinin müavini Svetlana Qorbunova, Xarkovda fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov və digər çıxışçılar Xocalı soyqırımı və onun acı nəticələri haqqında məlumat veriblər. Belə bir ağır cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.

Xarkovda Xocalı soyqırımının 27-ci ildönümü qeyd olunub










.

AzNews.az